Nümayəndə heyətimiz MOK-un Baş Assambleyasına yollanır
10 aprel 2012 18:09

Aprelin 14-də Rusiyanın paytaxtı Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Nümayəndə heyətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, AFFA-nın baş katibi Elxan Məmmədov və digər şəxslər yer alacaq. Onlar “Bakı-2020”nin təqdimatını keçirəcəklər.
Qeyd edək ki, Baş Assambleya ilə əlaqədar aprelin 10-da Milli Olimpiya Komitəsində brifinq keçiriləcək.