Azad Rəhimov Küveytə yollanıb
19 aprel 2012 10:30
Azerisport.az Gənclər və idman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İdman və gənclər naziri Azad Rəhimov Küveytin gənclər və idman komitəsinin baş direktoru Feysəl Müsaid Əl-Cəzzəfin dəvəti ilə Küveytə yola düşüb. Öz səfəri çərçivəsində Rəhimov həmkarı ilə “Azərbaycan və Küveyt arasında gənclər və idman sahəsində əməkdaşlıq haqda” saziş imzalayacaqlar. Səfər Aprelin 22-nə qədər davam edəcək.