Azad Rəhimov Olimpiya məşəlinin yandırılma mərasimində
9 may 2012 11:47
10 may tarixində Yunanıstanda Olimpiya məşəlinin yandırılma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Mərasimdə iştirak etmək üçün gənclər və idman naziri Azad Rəhimov bu ölkəyə rəsmi səfərə yollanır.
Səfər çərçivəsində Azad Rəhimovun Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqqe, Yunanıstanın Olimpiya Komitəsinin prezidenti Spiros Kaprolos, London Yay Olimpiya oyunlarının təşkilat komitəsinin rəhbəri Lord Sebastyan Coe və digər rəsmilərlə görüşü nəzərdə tutulub.
(GİN mətbuat xidməti)