Fotoreportaj|Video|На русском

Xronika

Abşeron Olimpiya İdman Kompleksinin təməli qoyuldu (FOTOREPORTAJ)

6 iyun 2012 15:52
Bu gün gənclər və idman naziri Azad Rəhimov Abşeron Olimpiya İdman Kompleksinin təməl qoyma mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, o, mərasimdəki çıxışında bunları dilə gətirib:

“İdman ilində növbəti Olimpiya İdman Kompleksinin təməl qoyma mərasiminin keçirilməsi həqiqətən möhtəşəm bir hadisədir. Kompleks sözün əsl mənasında idmansevərlərin ürəyincə olub, onların xidmətində olacaq. Əminik ki, bu kompleksdə məşq edəcək idmançılar, gələcəkdə qələbələri ilə xalqımızı sevindirib, olimpiya, dünya, avropa çempionalrı adını qazanacaqlar.”
 
Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında”  2011-ci il 27 may tarixli, 1535 nömrəli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa ediləcəkdir. Tikinti üçün Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci km-də 5,0 hektar  torpaq sahəsi ayrılmışdır. Layihə-smeta sənədləri “El və En” Memarlıq və Dizayn Şirkəti tərəfindən hazırlanmışdır. Tikinti-quraşdırma işləri “İnşaatçı” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcəkdir.  Abşeron Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulub.
 
Baş plana əsasən inşa ediləcək bina və qurğular bunlardı:   
Əsas bina
 
Əsas bina 5 hissədən ibarətdi:
 
A Blokunun 1-ci mərtəbəsi 19x45,5 ölçüdə 1000 tamaşaçı yerlik Universal idman zalı, Ağır atletika zalı, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, məşqçilər otaqları, idman avadanlığı otaqlarından, 2-ci mərtəbəsi Trenajor zalı (fitnes club), Boks zalı, komentator otaqları, həkim otağı, məşqçi otağı, mühafizə otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və duş otaqlarından, inventar və texniki otaqlardan ibarətdir.
 
B Bloku (2 mərtəbəli giriş hissə)  1-ci mərtəbəsi foye, qarderob, 50 nəfərlik kafe, qeydiyyat otağı (reception) və mühafizə otağından , 2-ci mərtəbə oyunları geniş ekranda izləmə hissəsi və eyvandan ibarətdi.
 
C Blokunun zirzəmi mərtəbəsində Tir, silah otağı, tədris otağı, gözləmə otağı, operator otağı, istirahət otağı, sauna, masaj otağı, duş otağı, texniki otaq 
 
1-ci mərtəbəsi 2 döşəkli 300 tamaşaçı yerlik Güləş zalı, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqlarından və inventar otağı
 
2-ci mərtəbəsi Məşqçilər otağı və Şahmat klubundan ibarətdi.
 
D Blokunun zirzəmi hissəsində texniki otaqlar yerləşdirilmişdir.
 
1-ci mərtəbəsi Üzgüçülük hovuzunun ölçüsü 25 x12,5 metr olan  və 200 tamaşaçı yerlik tutumu olan Üzgücülük zalından ibarətdir.
 
Eyni zamanda bu blokun 1-ci mərtəbəsinin digər hissəsində xolda yerləşən kafenin mətbəx otağı, anbarı, qabyuma otağı, personal otağı yerləşdirilmişdir.
 
2-ci mərtəbəsi isə Administrasiya otaqından ibarətdir.
 
E Blokunun 3 mərtəbəli, 38 çarpayı yerlik Mehmanxananın zirzəmi mərtəbəsində  camaşırxana, utü otağı, texniki otaqlar və anbarlar, soyuducu və dondurucu kameralar, meyvə-tərəvəz anbarları və.s. köməkçi otaqlardan ibarətdir.
 
1-ci mərtəbəsində foye, qeydiyyat otağı(Reception) mətbəx və restoran, qabyuma və isti yemək hazırlama otağı, administrativ otaqlar, server otağından,
 
yuxarı mərtəbələrdə İnternet klub, kitabxana və  cəmi  8 ədəd 3 nəfərlik, 4 ədəd 2 nəfərlik, 4 ədəd 1 nəfərlik və 1 ədəd luks otaqlar vardır.
 
Baş plana əsasən inşa ediləcək digər binalar:
 
Əsas binanın xarici fasadının bir hissəsi funksional olaraq qayaya dırmanma üçün nəzərdə tutulub.
 
2000 nəfər tamaşaçı yerlik tribunası olan Futbol stadionu
Mini futbol meydançası
Basketbol meydançası
Voleybol meydançası
Tennis kortu
Skeyt park
Açıq meydançalar üçün soyunub-geyinmə binası
Yerüstü avtomobil dayanacağı
Kompleksi istiliklə təchiz edəcək Qazanxana binası
Transformator yarımstansiyası
İçməli və yanğına qarşı su anbarları
Gözətçi otağı
 
Əlavə olaraq Kompleksə müstəqil qaz, su-kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və drenaj sisteminin quraşdırılması, ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binaların müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebel avadanlıqları ilə təchiz edilməsi, müasir isitmə-soyutma, ventilyasiya, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları və.s qurğularla təmin edilməsi nəzərdə tutulmuşdur.
 
GİN mətbuat xidməti

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah