Fotoreportaj|Video|На русском

Xronika

Ağcabədidə Olimpiya İdman Kompleksinin təməli qoyuldu

7 iyun 2012 13:17
Bu gün gənclər və idman naziri Azad Rəhimov Ağcabədi rayonunda növbəti Olimpiya İdman Kompleksinin təməl qoyma mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Prezidentinin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında”  2011-ci il 27 may tarixli, 1535 nömrəli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa ediləcəkdir. Tikinti üçün Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində 5,0 hektar  torpaq sahəsi ayrılmışdır. Layihə-smeta sənədləri “ArchiCo İnşaat-layihə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmışdır. Tikinti-quraşdırma işləri “İnşaatçı” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetiriləcəkdir. Ağcabədi Olimpiya İdman Kompleksinin tikintisi işlərinin 2014-cü ilin I yarısı başa çatdırılması nəzərdə tutulmuşdur.
 
Baş plana əsasən inşa ediləcək bina və qurğular: 
 
Əsas bina
 
Əsas bina 8 hissədən ibarətdir:
 
A Blokunun 1-ci mərtəbəsi üzgüçülük hovuzunun ölçüsü 25 x12,5 metr olan  və 200 tamaşaçı yerlik Üzgücülük zalından, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları və həkim otaqlarından 2-ci mərtəbə isə Stolüstü tennis zalı,  fotofiniş otağı, komentator otağı, nəzarətçi otağı, məşqçi otağı və sanitar qovşaqdan ibarətdir.
 
B Blokunun (3 mərtəbəli 58 yerlik Mehmanxana) 1-ci mərtəbəsi geniş foye, mühafizə otağı, 100 nəfərlik restoran, kafe və gözləmə zalı,  2-ci mərtəbə  7 ədəd 2 nəfərlik otaq, 1 ədəd 3 nəfərlik otaq, 2 ədəd luks otaq və konfrans zalı, 3-cü mərtəbə isə 13 ədəd 3 nəfərlik otaqlardan və xoll-bar hissəsindən ibarətdir.    
 
C Blokunun 1-ci mərtəbəsi 1000 tamaşaçı yerlik Universal idman zalı, Məşqçilər otağı, hakimlər otağı, dopinq-nəzarət otağı, inventar otağı, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və duş otaqlarından 2-ci mərtəbəsi isə VİP lodciya, hakimlər otağı, fotofiniş otağı, və köməkçi otaqlardan ibarətdir.
 
D Blokunun (2 mərtəbəli əsas giriş hissəsi) 1-ci mərtəbəsində geniş foye, qarderob, 55 nəfərlik kafe, tamaşaçılar üçün sanitar qovşaqlar, mağaza, bilet satışı kassası, 2-ci mərtəbədə isə Qrup məşqləri zalı, Trenajor zalı (fitnes) soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və duş otaqları nəzərdə tutulmuşdur.
 
E - F Blokları 100 tamaşaçı tutumu olan 2 döşəkli Güləş zalı, Boks zalı, Cüdo zalı, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və duş otaqlarından ibarətdir.
 
G - H Blokları arasında 60 nəfərlik yay kafesi, mətbəx, anbar, texniki və elektrik otaqlarından ibarətdir.
 
Baş plana əsasən inşa ediləcək digər binalar:
 
1000 nəfər tamaşaçı yerlik tribunası olan Futbol stadionu
 
Voleybol meydançası
Tennis kortu
Yerüstü avtomobil dayanacağı
Kompleksi istiliklə təchiz edəcək Qazanxana binası
Transformator yarımstansiyası
İçməli və yanğına qarşı su anbarları
Nasosxana
Gözətçi otağı
 
Əlavə olaraq Kompleksə müstəqil qaz, su-kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və drenaj sisteminin quraşdırılması, ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binanın müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebel avadanlıqları ilə təchiz edilməsi, müasir isitmə-soyutma, ventilyasiya, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları və.s qurğularla təmin edilməsi nəzərdə tutulmuşdur.
 
GİN mətbuat xidməti

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah