Fotoreportaj|Video|На русском

Xronika

“Azərbaycanın qazandığı medalların sayı əvvəlki illərlə müqayisədə təxminən 2 dəfə artıb”

4 iyul 2012 02:04
“Bakı şəhərinin 2016-cı və 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması ölkəmizdə idmanın inkişafının bariz sübutudu”. Azerisport.az xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində çərşənbə axşamı XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınması mərasimində çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov deyib.
 
Nazir qeyd edib ki, Bakı şəhəri namizəd şəhər mərhələsini keçə bilməsə də, iddiaçı şəhər mərhələsində böyük iş aparıldı: "İnanırıq ki, bu sahədə qazanılan təcrübə gələcək olimpiadalar uğrunda mübarizədə öz sözünü deyəcək. Artıq növbəti - London Olimpiya Oyunlarına çox az vaxt qalır. Sevindirici haldı ki, müstəqil respublikamızın Olimpiya yığma komandası belə möhtəşəm bir tədbirdə əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - 53 idmançı ilə təmsil olunacaq. Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London olimpiadasında, dünya və Avropa çempionatlarında yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan edilməsi də Olimpiya Oyunlarına hazırlıq prosesinə olduqca müsbət təsir göstərib”.
 
“Bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən biri kimi nüfuzlu idman tədbirlərinə ev sahibliyi edir. Belə ki, 2011-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil edilib. Bu ilin 6 ayı ərzində isə artıq 28 beynəlxalq yarışa ev sahibliyi etmişik. Bu günədək 126 respublika tədbiri keçirilib. 217 beynəlxalq tədbirdə, 79 təlim-məşq toplanışında yığma komandalarımızın iştirakı təmin edilib. Olimpiadaya hazırlıq dövründə təşkil edilərək keçirilmiş yarışlar Azərbaycanımızın təbliği baxımından da əhəmiyyətli olub. Xüsusilə may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 4 kontinental, 4 milli və 12 qarışıq kollektivdə ümumilikdə 180 idmançının iştirak etdiyi 23 yaşadək velosipedçilər arasında 5 mərhələli beynəlxalq veloyürüşü qeyd etmək lazımdı”.
 
Nazir vurğulayıb ki, Olimpiya idman növləri üzrə qazanılmış medalların sayında da dinamik inkişaf müşahidə olunur: “Belə ki, bu rəqəmələr Atlanta olimpiadası ərəfəsində (1993-1996-cı illər) 71, Sidney olimpiadası ərəfəsində (1997-2000-ci illər) 146, Afina olimpiadası ərəfəsində (2001-2004-cü illər) 262, Pekin olimpiadası ərəfəsində (2005-2008-ci ilin 7 ayı) 467, London olimpiadası ərəfəsində isə (2009-2012-ci ilin 6 ayı) 835 olub. "Göründüyü kimi, hər dəfə olimpiada ərəfəsində Olimpiya idman növlərində qazanılan medalların sayı əvvəlki Olimpiada ilə müqayisədə təxminən 2 dəfə artıb. Xüsusilə qeyd etmək istərdim ki, əgər Pekin Olimpiya Oyunlarında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olunacaq".
 
Onun sözlərinə görə, ümumiyyətlə isə, London olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq 5 yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olunacaq. Pekində Azərbaycanı 1 hakim (güləş) təmsil edirdisə, Londona 5 hakimimiz (2 güləş, gimnastika, boks və ağırlıqqaldırma) yollanacaq. Bundan başqa, idmançılarımızla yanaşı 6 həkim, 29 məşqçi də komandamızın heyətində Londona gedəcək. Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti qatıldıqları beynəlxalq nüfuzlu idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.
 
"Sevindirici haldır ki, komandamızın tərkibində müstəqillik dövründə dünyaya gəlmiş və ilk dəfə ölkəmizi olimpiadada təmsil edəcək gənc idmançılarımız da var. Nümayəndə heyətimiz 2 qrupda - birinci qrup iyul ayının 24-də, ikinci qrup isə avqust ayının 4-də Londona yola düşəcək. İdmançılarımızın yerləşəcəyi Olimpiya kəndində 25 iyul tarixdə Azərbaycan komandasının salamlanması - Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcək. İyulun 28-də keçiriləcək Azərbaycan Gününün hazırlıq işləri də başa çatmaq üzrədi. Bu tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin, bir çox milli Olimpiya komitələrinin və beynəlxalq federasiyaların nümayəndələrinin iştirakı gözlənilir”.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah