Azərbaycan prezidenti yenidən Londonda
4 avqust 2012 12:12

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə yola düşüb. Azerisport.az xəbər verir ki, ölkə başçısının işgüzar görüşlərlə yanaşı London Yay Olimpiadasındakı təmsilçilərimizə dəstək olması da istisna deyil.
Qeyd edək ki, İlham Əliyev Olimpiadanın açılış zamanı da Londonda olmuşdu. Azərbaycan prezidenti hətta ilk günlərdə çıxış edən idmançılarımıza dəstək olmuş, yeganə medalımızın müəllifi Valentin Xristovun bu uğuruna arenadan şahidlik etmişdi.