Azad Rəhimov Türkiyəyə səfərə getdi
6 sentyabr 2012 16:15

2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq. Azerisport.az xəbər verir ki, bu məqsədlə Gənclər və İdman naziri Azad Rəhimovun 6 sentyabr 2012-ci il tarixindən etibarən Türkiyəyə rəsmi səfəri başlayıb.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti K.İlyumjinovun Azərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinmişdir.
Məhz, 7-9 sentyabr 2012-ci il tarixdə İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında həmin tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar təqdimatın edilməsi və çıxış nəzərdə tutulub.
Səfər 9 sentyabr tarixinədək davam edəcək.