11 sentyabr 2012 12:14

Beynəlxalq Sığorta Şirkətinin İddialar departamenti yeni ofisə köçürülmüşdür

Beynəlxalq Sığorta Şirkəti tərəfindən müştərilərə göstərilən sığorta xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, Şirkətin İddialar Departamenti Bakının Murtuza Muxtarov küçəsi, 188 ünvanında (OMD üşaq xəstəxanası yaxınlığında) yerləşən yeni ofisə köçürülmüşdür.
 
İddialar departamentində 25-dən çox əməkdaş çalışır. Departamentin sığorta hadisələri barədə müraciətləri qəbul edən dispetçerləri, hadisə yerinə yetişən qəza komissarları və tibbi sığorta üzrə müştərilərə məsləhətlər verən və istiqamətləndirən həkim-koordinatorlar müştərilərə həftənin 7 günü, 24 saat fasiləsiz olaraq xidmət göstərməkdədir.
 
Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov bu barədə məlumat verərkən bildirmişdir: “Şirkətin müsbət nüfuzuna təsir edən ən vacib amillərdən biri xidmət səviyyəsidir. Buna görə də yeni ofisdə müştərilər üçün ən rahat şərait yaratmağa çalışdıq. Yeni ofis böyük otaqlar, rahat gözləmə yerləri, müasir təchizat və geniş maşın dayanacağı kimi üstünlüklərə malikdir. Digər tərəfdən isə yeni ofislə baş ofisin yaxın yerləşməsi bir sıra prosesləri tezləşdirir. Bu isə, nəticədə, bizim sığortalıların vaxtına qənaət edir”.
 
Müştərilərin rahatlığı üçün İddialar departamenti ilə həm köhnə telefon nömrələri – (012) 564-07-79; 564-07-69, həm də yeni telefon nömrələri ilə – (012) 436-73-30; 436-73-31; 436-73-32 əlaqə saxlamaq olar. Qısa telefon nömrəsi -*1001- dəyişməz olaraq qalır.
 
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Похожие новости

Xronika 20 oktyabr

Xəyal etdi, inandı və qazandı!

“Sürətlə Yeni Mövsümə” lotereyasının ilk “Changan Q07” qalibi Rövnəq Əkbərov arzusuna qovuşub.
Xronika 15 sentyabr

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı! 

Kampaniya çərçivəsində 2 ədəd Changan Q07 avtomobili, hər həftə isə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus qazanmaq fürsəti var.
Xronika 01 sentyabr

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.
Xronika 13 aprel

Azərlotereya vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.