Üç idman xadimi prezidentin fərdi təqaüdünü alacaq
7 noyabr 2012 16:43

Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Azerisport.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Babanlı Tofiq Xanlar oğlu
Rəcəbli Əhməddin İzzət oğlu
Zeynalov Elçin Hidayət oğlu