8 noyabr 2012 01:59

MOK-un 20 illiyi münasibətilə bir sıra mütəxəssislər mükafatlandırıldı (FOTO)

Noyabrın 7-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında bu qurumun yaradılmasının 20 illiyi münasibətilə idman sahəsində çalışan bir sıra mütəxəssislərin mükafatlandırılma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısından söhbət açmış, idmançılarımızın olimpiya oyunlarında qazandığı nailiyyətlərdən danışıb.
 
O, bildirib ki, ötən 20 ildə MOK böyük uğurlar əldə edib. Bu uğurlar xalq tərəfindən böyük coşqu ilə qarşılanıb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Rəhimov qeyd edib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanda inkişaf bütün sahələri əhatə edir. Bunlardan biri də olimpiya hərəkatıdı. Respublikamızda yeni olimpiya kompleksləri istifadəyə verilib, idman infrastrukturu möhkəmləndirilib. Bütün bu nailiyyətlərin əsasında Milli Olimpiya Komitəsinin Prezidenti, ölkəmizin başçısı İlham Əliyevin respublikamızda idmana böyük qayğı ilə yanaşması dayanır.
 
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə təltif etdiyi mütəxəssislər mükafatlandırılıblar.
 
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Ağacan Abıyev ölkədə inkişafa yönəldilmiş idman siyasətindən danışmış və mükafatlandırılan şəxsləri təbrik ediblər. MOK İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova qurumun 20 illiyi ilə bağlı miniatür kitab hazırlayacağını diqqətə çatdırıb.
 
Daha sonra təltif olunanlar adından çıxış edən “Təhsil” İdman Cəmiyyətinin sədri Cəfər Hümbətov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının sədri Eldar İsmayılov, paralimpiyaçı cüdoçulardan ibarət yığmamızın baş məşqçisi Əhməddin Rəcəbli və nazirliyin boks üzrə kuratoru Tofiq Babanlı dövlətimizin başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Похожие новости

Xronika 20 oktyabr

Xəyal etdi, inandı və qazandı!

“Sürətlə Yeni Mövsümə” lotereyasının ilk “Changan Q07” qalibi Rövnəq Əkbərov arzusuna qovuşub.
Xronika 15 sentyabr

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı! 

Kampaniya çərçivəsində 2 ədəd Changan Q07 avtomobili, hər həftə isə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus qazanmaq fürsəti var.
Xronika 01 sentyabr

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.
Xronika 13 aprel

Azərlotereya vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.