İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib
14 noyabr 2012 12:44

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. Azerisport.az xəbər verir ki, görüşdə ölkəmizdə idmanın bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar yüksək qiymətləndirilib, ölkəmizin müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.