Böyükağa Hacıyev 2012-ci ilin ən yaxşısı seçildi
24 dekabr 2012 20:37

Gənclər və İdman Nazirliyi 2012-ci ilin ən yaxşı məşqçilərinin adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıya 10 mütəxəssisin adı daxil edilib.
Sözügedən siyahıda Avropa Liqasının qrup mərhələsinə düşməklə tarix yazan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin də adı var.
Bütövlükdə, fərqləndirilən məşqçilər aşağıdakılardı:
Elçin Zeynalov – yunan-roma güləşi
Firdovsi Umudov – sərbəst güləş
Saypulla Absaidov – sərbəst güləş
Nəriman Abdullayev – boks
Maqomed Əliömərov – qadın güləşi
Zlatan Vanev- ağırlıqqaldırma
Sergey Təhməzov – atletika
İbrahim İbrahimov – cüdo
Böyükağa Hacıyev – futbol
Elxan Əliyev – basketbol