Boks Federasiyası yenə ilin ən yaxşısı oldu
24 dekabr 2012 21:06

Gənclər və İdman Nazirliyi 2012-ci ilin ən yaxşı idman federasiyalarının adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, 3 federasiya ilin ən yaxşısı seçilib.
Həmin federasiyalar bunlardı:
Azərbaycan Boks Federasiyası
Azərbaycan Güləş Federasiyası
Azərbaycan Ağır Atletika Federasiyası
Nazirlik, həmçinin ilin ən yaxşı idman cəmiyyətlərinin də adını açıqlayıb:
“Neftçi” İdman Sağlamlıq Mərkəzi
“Təhsil” İdman Mərkəzi
Gənclik İdman Sağlamlıq Cəmiyyəti Respublika Şurası
“Sərhədçi” İdman Klubu, Atilla İdman Mərkəzi və həmçinin İslam Hüseynov adına Uşaq-Gəclər Mərkəzi isə ilin ən yaxşı klubları seçilib.