İdman mütəxəssislərinə fəxri adlar verildi
27 dekabr 2012 14:24
Gənclər və İdman Nazirliyinin Kollegiyası ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərini, Respublika miqyaslı yarışları yüksək səviyyədə idarə etdiklərini, məşqçilik sahəsində uzun illər fəaliyyət göstərdiklərini və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərini nəzərə alaraq, bir sıra idmançılara və idman mütəxəssislərinə fəxri adların verilməsi ilə bağlı qərar qəbul edib. Azerisport.az xəbər verir ki, dekabrın 27-də Gənclər və İdman Nazirliyində fəxri adlara layiq görülənlərlə görüş keçirilib. Görüşdə çıxış edən nazir müavini İsmayıl İsmayılov təltif edilənləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra idman mütəxəssislərinə, idmançı və məşçilərə, eləcə də hakimlərə müvafiq vəsiqələr tədqim edilib.
Qeyd edək ki, «Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi» fəxri adına Qüdrətulla Qasımov, Vidadi Qurbanov, Oqtay Muxtarov, Mehriban Musayeva, Xubyar Mirzəməmmədli, Balaağa Zamanov, Yelena Mütəllimova, Sahib Ələsgərov, Azər Ələkbərov, Vahid Abdullayev, Nizami Qasımov, Əhliman Qəhrəmanov, Şadil Əliyev, Əvəz Mustafayev və Rövşən Kərimov layiq görülüblər.
«Azərbaycan Respublikasının Əməkdar məşqçisi» fəxri adına layiq görülən mütəxəssislər sırasına İslam Məmmədzadə, Zaur Valeh oğlu Məmmədov, Ədalət Ağayev, Səməd Bağırov, Zaur Zair oğlu Məmmədov, Elçin Süleymanov və Cəfər Hümbətov daxildirlər.
«Respublika dərəcəli hakim» fəxri adı İmanbaxış Şirəli, Eldar Cabbarov və Yusif Babanlıya verilib.
İdmançılardan «Azərbaycan Respublikasının Əməkdar İdman Ustası» fəxri adına Teymur Məmmədov, Rüfət Ağayev, Rail Rəcəbov layiq görülüblər.