Fotoreportaj|Video|На русском

Xronika

İlham Əliyevin sədrliyi ilə Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası keçirildi

3 fevral 2013 11:15
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası olub. Azerisport.az xəbər verir ki, prezident İlham Əliyev keçən ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərarı böyük tarixi hadisə adlandırıb.
 
Bununla əlaqədar yanvarın 17-də Təşkilat Komitəsinin yaradıldığını deyən dövlətimizin başçısı Avropa Olimpiya Komitəsinin bu qərarı qəbul etməsində ölkəmizin beynəlxalq nüfuzunun böyük rol oynadığını bildirdi.
 
BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycanda son 9 ildə sürətli iqtisadi inkişafa nail olunduğunu deyən Prezident İlham Əliyev ötən il beynəlxalq aparıcı reytinq agentliklərinin ölkəmizin kredit reytinqini artırdığını diqqətə çatdırdı. Dünya İqtisadi Forumunun hesablamalarına görə isə Azərbaycan iqtisadiyyatı inkişafına görə MDB-də birinci, dünyada 46-cı yerdədir.
 
Ölkəmizin dünya siyasi və iqtisadi elitasında müsbət imicə malik olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, son illərdə Azərbaycanda güclü idman infrastrukturunun yaradılması, Bakının inkişafı ilə bağlı işlərin görülməsi və əlbəttə ki, Azərbaycanın mötəbər tədbirləri keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərarı şərtləndirən mühüm amillər sırasında olub. Ən əsası isə bu oyunların Bakıda keçirilməsinə Azərbaycan əhalisi də öz dəstəyini bildirib.
 
"Azərbaycan indi dünyada idman dövləti kimi tanınır və London Yay Olimpiya Oyunlarında qazanılan tarixi qələbə bunu bir daha təsdiqləyir", - deyən Prezident İlham Əliyev artıq oyunların başlanmasına iki il qaldığını söylədi və əmin olduğunu bildirdi ki, müvafiq qurumlar oyunların yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
 
Azərbaycan Prezidenti ötən il ölkəmizdə keçirilən "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə baş tutduğunu dedi və müsabiqə tarixində ən gözəl təşkilatçılığın Bakıda nümayiş etdirildiyini diqqətə çatdırdı. Buna görə də əmin olduğunu bildirən dövlətimizin başçısı dedi ki, Avropa Olimpiya Komitəsinin etimadını Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi altında doğruldacaqdır.
 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışında bildirdi ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamını göstərir. Bundan əlavə, son illərdə Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq idman tədbirləri, idmançılarımızın yarışlarda qazandığı uğurlar Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasındadır.
 
Hazırlıq işləri barədə məlumat verən Mehriban Əliyeva bildirdi ki, Avropa Oyunları 2015-ci ilin iyun-iyul aylarında keçiriləcəkdir. Beş min idmançının iştirak edəcəyi bu tədbirə qatılacaq rəsmi nümayəndə heyətlərinin sayı 1000 olacaqdır. Tədbiri 2000 beynəlxalq KİV nümayəndəsi işıqlandıracaqdır. İlkin razılığa əsasən, oyunların proqramına 28 Olimpiya idman növündən minimum 12 və 2 qeyri-Olimpiya idman növü daxil edilib. Artıq yarışların keçiriləcəyi yerlər də müəyyən olunub. Bu sırada Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal Hall", Əl Oyunları Sarayı, "Sərhədçi" İdman Kompleksi, "Baku Ekspo" Mərkəzi vardır. 2015-ci ilə qədər 65 min tamaşaçı tutumlu Olimpiya Stadionunun, Gimnastika və Su İdmanı Kompleksinin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Avropa Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin Olimpiya Stadionunda keçirilməsi planlaşdırılır.
 
Mehriban xanım Əliyeva qeyd etdi ki, mərasimin loqotip və şüarının müəyyən edilməsi, simvolunun seçilməsi, himninin bəstələnməsi ilə bağlı müsabiqə elan edilib. Qalib idmançılara təqdim olunacaq medallar isə Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır.
 
İdmançıların yerləşdirilməsi, jurnalistlər üçün iş şəraitinin yaradılması, informasiya dəstəyi məqsədilə internet portalının, müxtəlif nəşrlərin hazırlanması, baner və posterlərin quraşdırılması, yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla iş aparılır.
 
Sonra gənclər və idman naziri Azad Rəhimov, daxili işlər naziri Ramil Usubov, nəqliyyat naziri Ziya Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Olimpiya çempionu Namiq Abdullayev görüləcək işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
 
Artıq hazırlıq işlərinə başlandığını bildirən Prezident İlham Əliyev ilk növbədə hər bir istiqamət üzrə fəal işin aparılmasının vacibliyini diqqətə çatdırdı. İdman obyektlərinin hazırlanması, yeni idman qurğularının tikintisi ilə əlaqədar işlərin vaxtında və keyfiyyətlə aparılmasının vacibliyini vurğulayan dövlətimizin başçısı idmançıların və qonaqların yerləşdirilməsi, yeni otellərin tikilməsi, turizm marşrutlarının müəyyən edilməsi, nəqliyyat, təhlükəsizlik sahəsində tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.
 
Birinci Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə bir daha əminliyini bildirən Prezident İlham Əliyev Təşkilat Komitəsinə fəaliyyətində uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi. (Trend)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah