Azərbaycan İslam Həmrəylik Oyunlarına ev sahibliyi edə bilər
24 fevral 2013 02:33

Azərbaycan IV İslam Həmrəylik Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürən yeganə ölkədi. Azerisport.az xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, bununla bağlı İslam Həmrəylik Oyunlarının İcraiyyə Komitəsi öz rəyini verib:
"Biz 2017-ci ildə bu oyunların Bakıda yüksək səviyyədə təşkili üçün yeganə sifarişçiyik. Heç bir dövlət bu oyunların sözügedən müddətdə keçirilməsi üçün təklif göndərməyib. Sentyabr ayında bunun təsdiqini gözləyirik".