Azərbaycan və Yunanıstan güləşin olimpiadanın proqramından çıxarılmasına qarşı səyləri birləşdirəcək
8 mart 2013 13:07

Azərbaycan və Yunanıstan güləş idman növünün 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ehtimalına qarşı səyləri birləşdirəcəklər. Azerisport.az xəbər verir ki, bu barədə cümə axşamı Yunanıstan xarici işlər nazirinin birinci müavini Dimitros Kurkulas Azərbaycana səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
"Güləş Yunanıstan və Azərbaycan üçün ənənəvi və vacib idman növüdür", - nazir müavini qeyd edib.
Bundan əlavə, Yunanıstan ilk Avropa Olimpiya Oyunlarının keçirilməsində Azərbaycana kömək etməyə hazır olduğunu bildirib.
"Yunanıstanın böyük idman yarışlarının keçirilməsində zəngin təcrübəsi var və biz bu təcrübəni Azərbaycanla bölüşməyə hazırıq", - Kurkulas deyib. (Trend)