13 mart 2013 14:15

Azad Rəhimov: Bakı artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib

“Bakı artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib”. Azerisport.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü Bakıda YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) fövqəladə iclasında çıxışı zamanı deyib.
 
"Ötən illər ərzində idman sahəsində əldə olunan nailiyyətlər müstəqil ölkə kimi Azərbaycanın həyatında mühüm rol oynayıb. İldən-ilə Azərbaycanın idman sahəsində potensialı güclənir. Bu gün idman Azərbaycanda ictimai həyatın mühüm bir hissəsinə çevrilib. Azərbaycanda sosial-iqtisadi vəziyyətin sürətlə inkişaf etməsi idman sahəsində də inkişafa şərait yaradıb", nazir qeyd edib.
 
Onun sözlərinə görə, Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafı, gənc nəsillərin sağlam tərzdə yetişdirilməsi, kütləvi bədən tərbiyəsinin və idman məşğuliyyətinin təmin edilməsi, Olimpiya hərəkatının təbliğ edilməsi, idmanın hüquqi bazasının yaxşılaşdırılması dövlət siyasətinin əsas proritetlərindən biridir.
 
Qeyd edək ki, fövqəladə iclas bu ilin may ayında Almaniyanın paytaxtı Berlin şəhərində Ümumdünya Bədən Tərbiyəsi və İdmana Məsul Nazirlərin və Rəsmilərin 5-ci Konfransı zamanı (MINEPS V) qəbul ediləcək Nazirlərin Yekun Bəyannaməsi ilə əlaqədar bütün tövsiyələrlə bağlı son tamamlama işlərini görmək məqsədini daşıyır. Tədbirdə 50 nəfərdən çox nümayəndə iştirak edir. (Trend)

Похожие новости

Xronika 20 oktyabr

Xəyal etdi, inandı və qazandı!

“Sürətlə Yeni Mövsümə” lotereyasının ilk “Changan Q07” qalibi Rövnəq Əkbərov arzusuna qovuşub.
Xronika 15 sentyabr

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı! 

Kampaniya çərçivəsində 2 ədəd Changan Q07 avtomobili, hər həftə isə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus qazanmaq fürsəti var.
Xronika 01 sentyabr

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.
Xronika 13 aprel

Azərlotereya vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.