Bakı Yay Universiadasını keçirmək hüququ uğrunda mübarizə aparacaq
5 aprel 2013 00:03
Azərbaycanın paytaxtı Bakı şəhəri 2019-cu ilin Yay Universiadasını keçirmək hüququ uğrunda iddiaçıdı. Azerisport.az Beynəlxalq Tələbə İdman Federasiyasının (FISU) rəsmi saytına istinadən xəbər verir ki, Bakı (Azərbaycan), Braziliya (Braziliya) və Budapeşt (Macarıstan) şəhərləri 2019-cu ilin Yay Universiadasını keçirmək üçün namizədlər kimi təsdiq edilib.
Namizədlər sentyabrın 14-dək sifariş dosyesi hazırlamalıdırlar. Sonra sentyabrın 16-dan oktyabrın 20-dək FISU-nun komissiyası şəhərlərdə yoxlama aparacaq. 2019-cu ilin yay və qış universiadaları sahiblərinin seçkiləri 2013-cü il noyabrın 9-da keçiriləcək.