Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyi tikiləcək
20 aprel 2013 00:14

Prezident İlham Əliyev Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Azerisport.az xəbər verir ki, Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.