Fotoreportaj|Video|На русском

Xronika

İlham Əliyev: Azərbaycan üçün bu, böyük məsuliyyət və sınaqdı

30 aprel 2013 01:32
Aprelin 29-da Azərbaycan Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul edib. Azerisport.az xəbər verir ki, komitənin üzvlərini salamlayan Prezident İlham Əliyev öncə bunları deyib.
 
"Xoş gəlmisiniz! Cənab Prezident! Əziz dostlar və qonaqlar! Sizi Azərbaycanda görməkdən çox şadam. Xoş gəlmisiniz! Ümid edirəm ki, ölkəmizdə olmağınızdan məmnun qalacaqsınız. Bu, Koordinasiya Komitəsinin ilk görüşüdür. Sözsüz ki, siz artıq başlanılmış hazırlıq işlərinin şahidi olacaqsınız. Bu, böyük məsuliyyətdir. Çünki bu, birinci Avropa Oyunlarıdır, bu, böyük sınaqdır. Ümidvaram ki, birgə səylər nəticəsində Olimpiya Hərəkatı tarixində ən yaxşı oyunlardan birini təşkil etmək hədəfinə nail ola biləcəyik. Bu, bizim məqsədimizdir. Biz indi çox fəal şəkildə çalışırıq, sözsüz ki, bu gün və sabah təqdimatlar keçiriləcəkdir. Əlbəttə ki, sizin tövsiyələriniz yüksək qiymətləndiriləcəkdir. Çünki bildiyiniz kimi, Olimpiya Oyunları kimi böyük tədbirin təşkilində bizim təcrübəmiz yoxdur. Baxmayaraq ki, keçmişdə biz dünya və Avropa çempionatlarına ev sahibliyi etmişik, Avropa Oyunları fərqli səviyyəli və sözsüz ki, xüsusi diqqət tələb edən oyunlardır. Bir daha xoş gəlmisiniz və Bakıda xoş günlər keçirməyinizi arzu edirəm".
 
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib: "Cənab Prezident, çox təşəkkür edirəm. Həmkarlarım adından qeyd etmək istəyirəm ki, burada olmaqdan son dərəcə məmnunuq. Mən 2001-ci ildə Sizin Milli Olimpiya Komitəsinə çox fəal rəhbərlik etdiyiniz bir dövrdə ilk dəfə Azərbaycana səfərimi yaxşı xatırlayıram. Biz fəxr edirik ki, Siz indi də Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edirsiniz. Həmin vaxt Jak Roqq Avropa Olimpiya Komitəsinin prezidenti, mən isə vitse-prezidenti idim. Siz həmin vaxt İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi etdiniz. Biz o zaman Bakıda çox xoş günlər keçirdik. Bu gün biz yenidən Bakıdayıq. Cənab Prezident, tam əminliklə deyirəm ki, biz burada tarix yazırıq. Bu, çox nadir bir hadisədir. Əminəm ki, Sizin və bütün azərbaycanlı həmkarlarımın səyləri nəticəsində ilk Avropa Oyunları ölkənizdə sözün əsl mənasında uğur qazanacaqdır. Biz isə öz növbəmizdə mümkün olan bütün vasitələrlə bu işə köməyimizi göstərməyə hazırıq. Avropada bu oyunlara böyük maraq vardır. Düşünürəm ki, hər iki tərəfin birgə əməkdaşlığı nəticəsində böyük uğurlar qazanacağıq. Fürsətdən istifadə edərək Koordinasiya Komitəsinin Yunanıstandan olan sədri Spiros Kapralosu təqdim etmək istərdim. O, burada iştirak edənlərdən yeganə şəxsdir ki, Olimpiya Oyunlarında qalib gəlib", - Hikki bildirib.
 
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos Prezident İlham Əliyevə ilk Avropa Oyunlarına ev sahibliyi etməyə qərar verdiyinə görə təşəkkür edib. "Bu, Sizin ölkəniz üçün çox əlamətdar hadisə olacaqdır", - deyən Spiros Kapralos birinci Avropa Oyunlarına ev sahibliyi etməyin əhəmiyyətinə toxunub.
 
"Bu, çox məsuliyyətli tədbirdir. Çoxnövlü idman oyunlarına ev sahibliyi etmək çox çətindir. Hazırlıq işləri üçün vaxtımız olduqca məhduddur. Oyunları yüksək səviyyədə təşkil etmək bizim ümumi məqsədimizdir. Çünki prezident Hikkinin də söylədiyi kimi, bu, tarixdə qalacaqdır. Biz, bu masa ətrafında əyləşən bütün ekspertlər Azərbaycan tərəfinə bu möhtəşəm oyunları təşkil etmək işində öz köməklərini əsirgəməyəcəklər", - o deyib.
 
Avropa Olimpiya ailəsinə bu beynəlxalq idman tədbirinin Bakıda keçirilməsi barədə verdikləri qərara görə minnətdarlığını bildirən, bunun çox əhəmiyyətli və rəmzi qərar olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: "Biz bunu Azərbaycan tərəfinə göstərilən yüksək etimad kimi qiymətləndiririk. Düşünürük ki, Azərbaycan bu cür yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etmək iqtidarındadır. Siz düzgün olaraq qeyd etdiniz ki, bizim vaxtımız çox məhduddur. Yay Olimpiya Oyunlarına hazırlıq işləri 6-7 il çəkirsə, bizim cəmi iki ilimiz vardır. Lakin biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində təşkil etmək əzmindəyik. Biz bu oyunları yüksək səviyyədə təşkil etməyə çalışacağıq və sözsüz ki, bu, Avropa Olimpiya ailəsi tarixində ilk oyunlar kimi yadda qalacaqdır. Bu, gələcək oyunlar üçün müəyyən meyarlar formalaşdıracaqdır. Ümid edirəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə çatacağıq".
 
"Cənab Prezident! Bu oyunlara göstərdiyiniz diqqətə və davamlı dəstəyinizə görə bir daha təşəkkür edirəm. Bilirəm ki, siz Olimpiya hərəkatında çox böyük təcrübəyə malik olan insansınız, bütün işlərin qaydasında olmasına daim nəzarət edirsiniz", - Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
 
Daha sonra Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Aleksandr Kozlovski çıxış edərək deyib: "Cənab Prezident! Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı məmnunluğumu ifadə etmək istərdim. Qeyd edim ki, Bakı son illər ərzində inanılmaz dərəcədə dəyişib. Bu gün Bakı Avropanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Buraya gələrkən yolda biz hər yerdə böyük tikinti işlərinin aparıldığının şahidi olduq. Əminəm ki, bir neçə ildən sonra Bakının daha da inkişaf etməsinin şahidi olacağıq".
 
Aleksandr Kozlovski Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına sambo idman növünün daxil edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Dövlətimizin başçısı qeyd edib ki, sambo Azərbaycanda da çox populyardır və bu növdə ölkəmizin bir neçə qat dünya çempionları var. Prezident İlham Əliyev bu məsələnin nəzərdən keçiriləcəyini diqqətə çatdırıb. Daha sonra dövlətimizin başçısı deyib ki, Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Bildirib ki, bu prosesə bir neçə il əvvəl başlanıb və artıq Gimnastika Mərkəzi, Su İdman Növləri Mərkəzi, Olimpiya Stadionunun tikintisinin aparılması, əvvəldən inşa olunmuş komplekslərin hazırda yenidən qurulması yarışların keçirilməsində heç bir çətinliyin olmayacağından xəbər verir.
 
Avropa Oyunlarının şəhərimizə gələn hər bir qonağın xatirəsində əbədi qalacağına əminliyini bildirən Prezident İlham Əliyev deyib: "Avropa Oyunlarının Bakıda keçirilməsi Avropa irsinin burada əsrlər boyu mövcudluğunu göstərir. Eyni zamanda, onu göstərir ki, nəinki "Eurovision" mahnı müsabiqəsi, eləcə də Avropa Oyunları Azərbaycanda keçirilə bilər. Bizim əsas məqsədlərimizdən biri şəhərdə elə bir atmosfer yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif buyuran istər idmançı, istər qonaq, istərsə də turist özünü evindəki kimi rahat, təhlükəsiz hiss etsin və bu möhtəşəm beynəlxalq tədbirdən zövq alsın".
 
Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez Kocijançiç çıxış edərək ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarının əhəmiyyətini qeyd edib və bu oyunların yüksək səviyyədə təşkilində Azərbaycan tərəfinə uğurlar arzulayıb.
 
"Cənab Prezident! Biz fəxr edirik ki, Sizin həyat yoldaşınız, Birinci Xanım təşkilat komitəsinə rəhbərlik edir. Bu, bizim üçün çox əhəmiyyətlidir", - Patrik Hikki deyib.
 
"Təşəkkür edirəm. Onun "Eurovision" mahnı müsabiqəsinin təşkilat komitəsinə sədrliyi uğurlu olub. Avropa Yayım Birliyi, eləcə də bu cür tədbirlərin təşkilatçılarının fikirlərinə görə müsabiqə çox uğurlu şəkildə təşkil edilib, bu son illərdə ən yaxşı müsabiqələrdən biri olub. Onun yaxşı təcrübəsi vardır. O da, həmçinin Olimpiya ailəsinin üzvüdür. On ildən artıqdır o, Azərbaycan Milli Gimnastika Federasiyasının prezidentidir. O, Milli Olimpiya Komitəsinin üzvüdür. Fəxr edirəm ki, ölkənin Prezidenti olmamışdan 6 il əvvəl, 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, onu göstərir ki, mən prezident kimi öz vəzifəmdən istifadə edərək Olimpiya Komitəsinin rəhbəri olmamışam. Mən Olimpiya ailəsindən bu vəzifəyə gəlmişəm. Açığını desəm, çox şadam ki, mən hələ də bu vəzifədəyəm, çünki bu, necə deyərlər, ümumiyyətlə, bizim siyasətin istiqamətini göstərir və həmçinin müəyyən mənada idmançılarda əlavə inam yaradır. Onlar görürlər ki, ölkənin Prezidenti, eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəridir. Eyni zamanda, mən Avropa Olimpiya Komitəsinin Prezidenti ilə şəxsi dostluq münasibətlərimizi yüksək qiymətləndirirəm. Biz bir-birimizi 10 ildən artıqdır tanıyırıq. Mən, həmçinin Koordinasiya Komitəsinin bu cür geniş tərkibdə təşkilindən məmnunluq duyuram. Bu, bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir və praktik nöqteyi-nəzərdən düşünürəm ki, bu əhəmiyyətli beynəlxalq tədbirin təşkilində önəmli rol oynayacaqdır. Bir daha xoş gəlmisiniz!" - Prezident İlham Əliyev bildirib.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah