Azad Rəhimov vətəndaşları qəbul edəcək
29 aprel 2013 15:26

Gənclər və idman naziri cənab Azad Rəhimov tərəfindən cari ilin may ayının 11-də Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək. Azerisport.az xəbər verir ki, qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayon sakinləri iştirak edəcək.
Qəbul saat 11:00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 Yanvar küçəsi) başlanacaq.