Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək
3 iyun 2013 14:45

Gənclər və idman naziri cənab Azad Rəhimov sabah, iyunun 4-də Şirvan şəhərində vətəndaşları qəbulu edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00 -da Mərkəzi Mədəniyyət Evində (Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar mayın 27-dən başlayaraq müvafiq şəhər və rayonların gənclər və idman idarələrinə müraciət edirlər. Qəbul üçün vətəndaşların qeydiyyatı bu gün, iyunun 3-də saat 18:00-da başa çatacaq.