Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək
27 iyun 2013 12:33

Gənclər və idman naziri cənab Azad Rəhimov 5 iyul 2013-сü il tarixdə Quba şəhərində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Quba, Şabran, Xaçmaz, Qusar və Siyəzən rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Quba şəhər Mədəniyyət Evində (Quba şəhəri, Heydər Əliyev prospekti, 165 ) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşların 27 iyun - 4 iyul 2013-cü il tarixlərdə saat 09.00-dan 18.00-dək sözügedən şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur.