Serbiyanın gənclər və idman naziri Bakıya gəlir
1 iyul 2013 02:16
Serbiya Respublikasının gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti iyulun 1-də Azərbaycanda səfərə gəlir. Azerisport.az xəbər verir ki, səfər iyulun 5-dək davam edəcək.
Serbiya nümayəndə heyətini iyulun 1-də, saat 15.00-da Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov qəbul edəcək.
İyulun 2-də, saat 10.00-da isə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Səfər çərçivəsində qonaqlar Milli Olimpiya Komitəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda, Bayraq Meydanında, Bakı-2015 Atletlər kəndində, Azərbaycan Gənclər Fondunda və bir sıra idman mərkəzlərində olacaqlar.