Kazanda Azərbaycan bayrağı qaldırıldı
4 iyul 2013 18:10

Xəbər verildiyi kimi, iyulun 6-dan 17-dək Tatarıstanın paytaxtı Kazan şəhərində 27-ci Dünya Universiadası keçiriləcək. Azerisport.az xəbər verir ki, bu gün Universiada kəndində Azərbaycan bayrağı qaldırılıb.
Mərasimdə Azərbaycan Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Universitet İdmanları Federasiyasının (FİSU), “Gənclik” Tələbə İdman Cəmiyyətinin və Tatarıstanın dövlət nümayəndələri iştirak ediblər.
Azərbaycan Universiadada böyük tərkibdə təmsil olunacaq. İdmançılarımızın bəziləri artıq Kazandadı. Digər qrup isə qarşıdakı günlərdə yola düşəcək.