Azad Rəhimov Kazanda idmançılarımızla görüşdü (FOTO)
8 iyul 2013 12:53

İyulun 7-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Rusiyanın Kazan şəhərinə gələrək XXVII Ümumdünya Universiadasında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb. Azerisport.az xəbər verir ki, universiada kəndində komandamızın yaşadığı binada yaradılmış şəraitlə tanış olan nazir idmançılarımızla söhbət edərək onlara uğurlar arzulayıb.
Nazir Azad Rəhimov komandamızın qərargahı, Universiada kəndinin yeməkxanası və digər obyektlərlə də tanış olub.