Fotoreportaj|Video|На русском

Xronika

İlham Əliyev Universiadanın qaliblərini qəbul etdi

24 iyul 2013 16:15
İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul edib. Azerisport.az xəbər verir ki, Universiadada qazanılan böyük idman uğuru münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan idman dövləti olduğunu növbəti dəfə sübuta yetirdi.
 
Dövlətimizin başçısı qeyd etdi ki, Kazanda keçirilən mötəbər yarışda Azərbaycanın himni dörd dəfə səsləndirilmiş, bayrağı 16 dəfə dalğalanmış, idmançılarımız 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmışlar. London Olimpiadasında 10 medal qazanan Azərbaycanda idmanın sürətlə və ardıcıllıqla inkişaf etdiyini deyən Prezident İlham Əliyev yalnız qüdrətli dövlətlərin belə uğurlar əldə etdiyini bildirdi.
 
Dövlətimizin başçısı respublikamızda idmanın kütləviliyinə nail olunduğunu və bu prosesin davamlı xarakter aldığını dedi, bu yaxınlarda Xaçmazda 38-ci Olimpiya İdman Kompleksinin istifadəyə verildiyini vurğuladı. Ölkəmizdə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə dövlət qayğısının yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Azərbaycan idmançılarının bundan sonra da böyük qələbələrə imza atacağına əmin olduğunu bildirdi.
 
Universiadada qələbə qazanan idmançılara yüksək pul mükafatı verilməsi barədə müvafiq Sərəncam imzaladığını vurğulayan Prezident İlham Əliyev bir daha xalqımızı və ölkəmizin idman ictimaiyyətini əldə olunan böyük uğur münasibətilə təbrik etdi.
 
Yunan-Roma güləşi üzrə universiadanın qalibi Rəsul Çunayev bu uğurun qazanılmasında dövlətimizin başçısının və xalqımızın dəstəyinin mühüm rol oynadığını dedi. O, milli komandamızın digər üzvlərinin də Kazanda keçirilən yarışlarda əzmlə mübarizə apardıqlarını vurğuladı və qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirdi.
 
Məşqçi Yaqub Məmmədov Kazanda keçirilən universiadaya 81 idmançı ilə qatılan ölkəmizin 10 idman növündə mübarizə apardığını, ümumi hesabda 15-ci fəxri yeri tutduğunu vurğuladı və bunun rekord göstərici olduğunu söylədi. O, bu uğurların ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və hazırda müvəffəqiyyətlə davam etdirilən dövlət idman siyasətinin məntiqi nəticəsi olduğunu dedi. İdmançılara və idman mütəxəssislərinə hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Məmmədov da qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini vurğuladı.
 
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Kazanda qazanılan böyük qələbə ilə idman aləmində növbəti dəfə öz sözünü demişdir. Dövlətimizin başçısı respublikamızda 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsinin də ölkəmizin mühüm uğurlarından biri olduğunu və bu mötəbər yarışa cəmi iki il ərzində Azərbaycanın ən yüksək səviyyədə hərtərəfli hazırlıq görəcəyini bildirdi. Ölkəmizin idmançılarının bundan sonra da bütün mötəbər yarışlarda uğurla çıxış edəcəyinə əminliyini vurğulayan Prezident İlham Əliyev tarixi qələbə münasibətilə bir daha xalqımızı və idman ictimaiyyətini təbrik etdi.
 
Sonra dövlətimizin başçısı Kazanda qazanılan böyük qələbədə əməyi olan idmançılar, məşqçilər və idman mütəxəssisləri ilə görüşdü, onlara ən xoş arzularını çatdırdı.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah