Gənclər və idman naziri şimal-qərb rayonlarının sakinləri ilə görüşə gedir
30 iyul 2013 12:56

Gənclər və idman naziri Azad Rəhimov avqustun 5-də Qəbələ şəhərində vətəndaşları qəbulu edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00 -da Qəbələ Mədəniyyət Mərkəzində (Qəbələ şəhəri, 28 may küçəsi, 40) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 30-dan avqustun 3-dək müvafiq şəhər və rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər.
Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 30-dan avqustun 3-dək, saat 09:00-dan 18.00-dək aparılacaq.