Fotoreportaj|Video|На русском

Xronika

Bakı Olimpiya stadionu ilə bağlı son məlumatlar açıqlandı (FOTO)

23 avqust 2013 17:45
Bakıda Olimpiya stadionunu tikintisi 2015-ci ilin fevral ayının sonuna yekunlaşdırılacaq. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş Ofisinin regional sosial layihələrin təminatı şöbəsinin böyük mühəndisi Tural Ramazanov bildirib.
 
Onun sözlərinə görə, hazırda işlər plan üzrə aparılır, plandan geriqalma yoxdur.
 
Ramazanov tikintinin gedişi və istifadə olunan materiallar barədə ətraflı məlumat verib: "Olimpiya stadionunun torpaq işlərinə ötən ilin noyabr ayında başlanılıb. Hal-hazırda bu işlər 90 faizədək yekunlaşıb, 6,5 milyon kubmetr torpaq işi görülüb. Stadionda hazırda dəmir-beton işləri görülür. Stadion 4 zonadan ibarət olaraq planlaşdırılır- burada altımərtəbəli tribunalardan ibarət 2 hündür, üçmərtəbəli tribunalardan ibarət 2 alçaq zona olacaq. Hündür zonaların birində 3-cü mərtəbənin, digərində 2-ci mərtəbənin, alçaq zonaların isə birində 1-ci mərtəbənin, digərində 2-ci mərtəbənin beton işləri davam edir. Stadion bütöv plitə halında bünövrnə üzərində yerləşdirilir. Bünövrənin altında 1720 ədəd yerində qazma svaylar vurulub və bünövrənin tikintisi tamamilə yekunlaşdırılıb. Ümumilikdə, 350 min kubmetr beton işlənilməsi nəzərdə tutulub ki, bunun da 235 min kubmetri artıq sərf olunub. Tikintidə 52,5 min ton armatur istifadə olunacaq ki, onun 41 min tonu artıq istifadə olunub. Tribunaların altı, yan fasadı və damı polad konstruksiyadan ibarət olacaq və burada 19 min ton poladdan istifadə olunacaq. Sahədə 300-ə yaxın maşın-mexanizm işləyir - 9 qüllə kranı, 10 yaxın məsafəli kran və s. Kranların ən böyüyü 1200 tonluqdur ki, bundan regionda yoxdur, sifariş olunub, hazırda Almaniyadan gətirilir".
 
T. Ramazanov qeyd edib ki, sifarişçisi Gənclər və İdman Nazirliyi olan Olimpiya stadionu çox sürətli layihədir. O bildirib ki, hazırda işlərin pik vaxtıdır - burada 2200 nəfərlik heyət fəaliyyət göstərir və işçiləri sayı yaxın 2 ayda 2500-2600-dək artacaq. ARDNŞ-in böyük mühəndisi deyib ki, stadionun sahəsinə giriş 4 qapıdan, tribunalara isə 26 qapıdan giriş olacaq. Avtomobil dayanacağı barədə danışan T.Ramazanov bildirib ki, olimpiya normativlərinə görə insanların daha çox stadiona piyada, ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub və 3500-4000 maşınlıq dayanacaq yeri inşa olunur. O vurğulayıb ki, Olimpiya stadionu 68 700 tamaşaçı tutumuna malik olacaq.
 
Stadiona yaxın ərazidə yollarda aparılan təmir işləri ilə bağlı bəzi sakinlərin narazılığına münasibət bildirən Ramazanov deyib ki, ARDNŞ tikinti işlərinə ötən ilin noyabr ayında başlayıb və şirkət tərəfindən heç kimin həyətində söküntü aparılmayıb: "Bura ARDNŞ-ə stadion tikmək üçün ayrılan sahədir. Biz yalnız stadionun tikintisi ilə məşğuluq. Yollardakı tikinti isə stadiona giriş üçün yox, Həsən Əliyev prospektinin Heydər Əliyev prospekti ilə birləşdirilməsi, Koroğlu qovşağı və Sabunçu qovşağının yenidən qurulması planına uyğun aparılır. Bu işi tamamilə başqa bir qurum- "Azəryolservis" həyata keçirir".
 
T.Ramazanov, həmçinin "Tekfen" şirkətinin guya ARDNŞ-ə məxsus olması və əsas podradçı kimi çıxış etməsi haqqında bəzi KİV-də gedən məlumatlara da münasibət bildirib: "ARDNŞ "Tekfen"lə əməkdaşlıq edir, amma bu şirkətin guya ARDNŞ-ə məxsus olması barədə deyilənlər tamamilə əsassızdır. "Tekfen" 3-4 il bundan əvvəl satışa çıxarılmışdı, ARDNŞ ondan pay almaq planlaşdırırdı, amma sonradan bu satış reallaşmadı. "Tekfen" Türkiyə birjasında açıq şəkildə iştirak edən şirkətdir, onun saytını açılıb baxmaqla bilmək olar ki, orada pay sahibləri kimlərdir". (Trend)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah