Azərbaycanda yeni idman federasiyası yaradıldı
3 sentyabr 2013 15:59
Azərbaycanda yeni idman federasiyası yaradılıb. Azerisport.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O bildirib ki, Azərbaycan Triatlon Federasiyası artıq fəaliyyətə başlayıb. Artıq yeni qurum beynəlxalq federasiyalarda da qeydiyyatdan keçib.
Qeyd edək ki, triatlon üzgüçülük, velisoped sürmə və qaçışı özündə birləşdirən mərhələli idman yarışıdı.