Yeni yaranan federasiyanın təqdimatı oldu (FOTO)
5 sentyabr 2013 00:31
Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni - Triatlon Federasiyası yaradılıb. Azerisport.az xəbər verir ki, bu münasibətlə federasiyanın təqdimatı olub.
Təqdimatda Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və Beynəlxalq Triatlon Federasiyasının nümayəndələri iştirak ediblər.
Tədbirdə federasiyanın icraçı direktoru Azər Məhərrəmov yeni təsis olunan Azərbaycan Triatlon Federasiyasının gələcək planları barədə məlumat verib, Avropa və dünya triatlon federasiyalarının rəhbər şəxsləri ilə qarşılıqlı məsələləri müzakirə edilib.