Gənclər və idman naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək
12 sentyabr 2013 13:50
Gənclər və idman naziri cənab Azad Rəhimov tərəfindən cari ilin sentyabr ayının 17-də Gəncə şəhərində vətəndaşların qəbulu keçiriləcək. Azerisport.az xəbər verir ki, qəbulda Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Naftalan və Tovuz rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11-00 -da Gəncə Dövlət Aqrar Universitetinin Baş binasında (Gəncə şəhəri, Atatürk prospekti, 262 (Xan bağının yanı) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşların 16 sentyabr 2013-cü il tarixinədək (şənbə və bazar günləri də daxil olmaqla) saat 09.00-dan 18.00-dək qeyd olunmuş şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur.