İslamiadanın açılış mərasimində Azərbaycan bayrağını kimin aparacağı məlum oldu
22 sentyabr 2013 01:12
Bu gün - sentyabrın 22-də İndoneziyada üçüncü islam həmrəylik oyunlarının açılış mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, həmrəylik oyunlarında Azərbaycanı 54 idmançı təmsil edəcək.
İslamiadanın açılışında Azərbaycan bayrağını ağır atletika üzrə Avropa çempionu İntiqam Zairov aparacaq.