Azad Rəhimov: Bu, gələcəkdə Bakıda böyük yarışların keçirilməsi üçün əhəmiyyətli addımdı
25 sentyabr 2013 12:12
Bu gün “Abşeron” mehmanxanasında Fransanın Azərbaycandakı səfirliyi Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı seminar təşkil edib. Azerisport.az xəbər verir ki, seminarın açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.
“Azərbaycan hesab edir ki, Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunları gələcəkdə böyük oyunların keçirilməsi üçün əhəmiyyətli addımdı. Biz 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarını gələcəkdə böyük Olimpiya Oyunlarının keçirilməsi üçün əhəmiyyətli addım hesab edirik. Bununla yanaşı, biz inanırıq ki, bu oyunlar ölkə gənclərini müsbət enerji ilə yükləyəcək".
Nazir vurğulayıb ki, belə bir miqyasda tədbir gənclər arasında narkomaniya və alkoqalizmlə mübarizəyə də töhfə verəcək.
Azərbaycanın idman infrastrukturuna toxunan Rəhimov vurğulayıb ki, oyunlar zamanı yeni komplekslərlə yanaşı, hazırda mövcud olan idman komplekslərindən də istifadə olunacaq: "Biz oyunlar zamanı mövcud idman kompleksləri, meydançalar və arenalardan istifadə edəcəyik. Lakin vurğulamaq istəyirəm ki, biz yeni idman komplekslərinin tikintisinə hələ Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu əldə etməmişdən öncə başlamışıq".
Nazir, həmçinin bildirib ki, Azərbaycana gələcək turistlər üçün hotellərdə qalmaqla yanaşı, Bakıda müvəqqəti yaşayış yerləri də yaradılacaq.