26 sentyabr 2013 12:04

İslam Həmrəylik Oyunları çərçivəsində Azərbaycan günü keçirildi (FOTOLAR)

22 sentyabr tarixindən 1 oktyabr 2013-cü il tarixinədək İndoneziyanın Palembanq şəhərində 3-cü İslam Həmrəylik Oyunları keçirilir. Qeyd edək ki növbəti - 4-cü İslam Həmrəylik Oyunları 2017-ci ildə Bakı şəhərində keçiriləcək.
 
Azerisport.az xəbər verir ki, İndoneziyada keçirilən Oyunlar çərçivəsində 25 sentyabr 2013-cü il tarixdə Palembanqın Aryaduta mehmanxanasında Bakı-2017 Təşkilat komitəsi tərəfindən 4-cü İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə həsr olumuş Azərbaycan günü təşkil edilib.
 
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Oyunların iştirakçılarına və təşkilatçılara ünvanlanmış video müraciəti ilə başladı. Prezident İlham Əliyev müraciətində Azərbaycanın sosial-iqtisadi, siyasi vəziyyəti haqqında məlumat verməklə yanaşı İslam Oyunlarının əhəmiyyətinə toxunub və Azərbaycanın bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğunu vurğulayıb.
 
Azərbaycan günündə 46 iştirakçı dövləti təmsil edən milli olimpiya komitələrinin prezidentləri və baş katibləri, İslam Həmrəylik İdman Federasiyasının rəhbərliyi, hazırkı Oyunların təşkilat komitəsinin nümayəndələri, həmçinin İndoneziya Hökumətinin səlahiyyətli şəxsləri, Azərbaycan Respublikasının İndoneziyadakı Səlahiyyətli Səfiri Tamerlan Qarayev və digər şəxslər iştirak ediblər.
 
Mərasimdə iştirak edən qonaqlar Azərbaycanın idman uğurlarını yükəsk qiymətləndirib və ölkəmizin 4-cü İslam Həmrəylik Oyunlarını 2017-ci ildə Bakı şəhərində yüksək səvyyədə təşkil edəcəyini əminliklərini ifadə ediblər.
 
Tədbirdə Azərbaycanın mədəniyyəti, idman tarixi və mətbəxini təbliğ edən videoçarx nümayiş etdirilib və ölkəmizdə mövcud olan idman və qeyri-idman obyektlərindən ibarət fotostendlər təşkil edilib və əyani vəsaitlər paylanıb. Azərbaycan günü milli musiqimizin sədaları altında davam edib.

Похожие новости

Xronika 20 oktyabr

Xəyal etdi, inandı və qazandı!

“Sürətlə Yeni Mövsümə” lotereyasının ilk “Changan Q07” qalibi Rövnəq Əkbərov arzusuna qovuşub.
Xronika 15 sentyabr

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı! 

Kampaniya çərçivəsində 2 ədəd Changan Q07 avtomobili, hər həftə isə iPhone 17 Pro, PlayStation 5 və 250 AZN bonus qazanmaq fürsəti var.
Xronika 01 sentyabr

Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.
Xronika 13 aprel

Azərlotereya vergi ödəyiciləri siyahısında ilk sıralarda

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC dövlət büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında ön sıralarda yer alıb.
Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.