Prezident İslam oyunlarında fərqlənənləri mükafatlandırdı
5 oktyabr 2013 00:36
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında uğur qazanan idmançıları və onların məşqçilərini qəbul edib. Azerisport.az xəbər verir ki, ölkə başçısı dünən həmçinin, ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq, hər bir qalib idmançı 50 000, onun məşqçisi 25 000, 2-ci yerə çıxanlar 30 000, məşqçisi 15 000, 3-cü pilləni tutanlar 20 000, məşqçisi 10 000 manat məbləğində mükafat alacaqlar.