Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib
28 oktyabr 2013 17:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosu qəbul edib. Azerisport.az xəbər verir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.
O, ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin, idman infrastrukturunun daha da genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünün şahidi olduğunu məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi vurğulanıb, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.