Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək
13 noyabr 2013 14:55
Gənclər və idman naziri Azad Rəhimov noyabr ayının 15-də, saat 11:00-da Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Mingəçevir şəhəri ilə yanaşı, eyni zamanda Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsu (Dağlıq Şirvan) rayonlarından olan sakinlər də iştirak edəcəklər.
Qəbul saat 11:00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində olacaq.