Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul etdi
15 noyabr 2013 15:03
Bu gün Mingəçevir şəhərində nazir Azad Rəhimov Mingəçevir şəhəri ilə yanaşı, eyni zamanda Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsu (Dağlıq Şirvan) rayonlarından olan sakinləri qəbul edib. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 50-ə yaxın vətəndaş iştirak edib.
Müraciətlərin böyük qismi idman və gənclər sahələri üzrə olub. Burada idman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, habelə gənclər mərkəzlərinin tikintisi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması məsələləri diqqət mərkəzində olub.
Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi və işlə bağlı edilib.
Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.