Azad Rəhimov Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında
20 noyabr 2013 14:22
Gənclər və idman naziri Azad Rəhimov 22 noyabr tarixində İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etmək üçün bü ölkəyə rəsmi səfərə yola düşür. Azerisport.az xəbər verir ki, tədbirdə Komitənin Prezidenti və Baş Katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.
23 noyabr tarixinədək davam edəcək tədbirdə Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək.
Baş Assambleyada 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək. (AGİN)