Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib
23 noyabr 2013 13:20
Bu gün İtaliya paytaxtı Romada Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda AOK-un növbəti dörd illiyə yeni tərkibi seçilib.
Avropa Olimpiya Komitəsinin prezidenti, vitse-prezidenti, baş katibi vazifələrinə və icraiyyə komitəsinin üzvlüyünə seçkilər keçirilib.
Toplantıda AOK-un hazırkı prezidenti Patrik Hikkiyə, Janez Kocijancicə (vitse-prezidenti), Raffaele Pagnozziyə (baş katib) etimad göstərilib.
Assambleyada ilk dəfə olaraq MOK-un vitse-presidenti Çingiz Hüseynzadənin icraiyyə komitəsinə namizədliyi irəli sürülüb. Yığıncaq iştirakçıları azərbaycanlı nümayəndəyə səs veriblər.