Fotoreportaj|Video|На русском

Xronika

Əli Qasımov: Biz hər bir müştərimizin qayğısını çəkirik

25 noyabr 2013 13:31
Azerisport.az “Alfa Sığorta” ASC-nin idarə heyətinin üzvü, Biznesin inkişafı departamentinin direktoru Əli Qasımovun “Gələcəyə inan” kampaniyası haqqında müsahibəsini diqqətinizə çatdırır.
 
- Əli müəllim, “Alfa Sığorta” ASC son zamanlar Azərbaycan sığorta bazarında davamlı yeniliklərə imza atır. Şirkətiniz sığorta bazarında avtomobil sığortası sahəsində mövcud olan tariflərdən təxminən iki dəfə ucuz qiymətə təklif etməyə başlayıb. Şəhərimizin mərkəzi küçələrində təşkil olunmuş promo aksiya isə əhali arasında çox maraqla qarşılandı. Xahiş edirəm ki, “Gələcəyə inan” kampaniyası haqqında ətraflı məlumat verərsiniz.
- Siz düzgün vurğuladınız ki, Azərbaycan sığorta bazarında belə bir kampaniya həyata keçirilməmişdir. Biz kampaniyamızı “Gələcəyə inan” adlandırdıq. Kampaniyamız təkcə fiziki şəxslər üçün deyil, həm də hüquqi şəxsləri əhatə edir. Digər endirim aksiyaları kimi bu endirimin arxasında heç bir formada müştərilərin aldadılması dayanmır. Biz müştəriyə tam şəffaf şəkildə bu endirimi təklif edirik. Sual yarana bilər ki, “Alfa Sığorta” bu aksiyadan nə qazanacaq və KASKO niyə belə ucuz qiymətlərlə təklif olunur? Onu deyə bilərəm ki, 1.5% tarif daimi bir tarif deyil. Bu tarif bir ay qüvvədə olacaq. Məqsədimiz, şirkətimizin daha çox tanınması, hər bir təbəqədən olan müştərilərin sığortadan yararlana bilməsini və sığortanın nə dərəcədə vacib olmasını, insanlara aşılamaqdır.
 
Şirkətimizin şəhərdə keçirdiyi promo aksiyasına gəldikdə isə, onu deyim ki, indiyədək bir çox şirkətlər tərəfindən müxtəlif aksiyalar keçirilmişdir. Biz isə bu promo aksiyanın daha kreativ olmasını düşündük və yaratdığımız məhsulun müştərilərə daha maraqlı ola biləcək bir qaydada təqdim edilməsi yollarını axtardıq. Nəticədə, üzərində plakatlar yerləşdirilmiş, evakuatorların birinə əzik (çəhrayı rəngdə) digərinə normal halda və şirkətimizin korporativ rəngi olan firuzəyi rəngdə avtomobillər qaldırdıq. Və həmin avtomobillər oxşar rənglərdə kombinezon geyinmiş qızların müşayiəti ilə şəhərimizin mərkəzi küçələrində həmin aksiyanı həyata keçirdilər. Əslində bu aksiyanın bu qaydada təşkil edilməsi də təsadüfi olmadı. Bildiyiniz kimi, bu yaxınlarda “Alfa Sığorta” reklam çarxı hazırlayarkən cizgi filmi janrına müraciət etmişdi. 3D formatında olan həmin cizgi filmində müvafiq rəngli avtomobillər canlandırmışdı. Aksiyamızı isə cizgi filminin bir davamı kimi həmin avtomobillərin reallaşdırılması əsasında həyata keçirdik. Aksiyamız əhali arasında çox böyük marağa səbəb oldu. Bunu şirkətə daxil olan zənglərə, elektron məktublara və sosial şəbəkələrdə gedən müzakirələrə əsasən əminliklə deyə bilərəm.
 
- Müştərilərə təklif olunan yeni məhsulun özəllikləri hansılardır?
- Kampaniyanın şərtlərinə görə, müştəri, avtomobilinin bazar dəyərinin cəmi 1.5%-ni ödəməklə illik sığortanı əldə edir və il ərzində ödənişsiz olaraq ayıq sürücü, evakuasiya, yolda təmir, xarici ölkədə təminat, şəxsi məsləhətçi xidmətlərindən və servislərdə təmir zamanı 10%-dək endirimdən yararlana bilir. Yəni, 20000 manat dəyərində avtomobili olan müştəri cəmi 300 manat ödəməklə avtomobilini sığortalayır. Məhsulun şərtlərinə görə, 1,5% tariflə sığortalanan avtomobillər üçün yol- nəqliyyat hadisəsi baş verdikdə, azadolma (franşiza) məbləği 25% həcmindədir. Belə ki, 1000 manatlıq sığorta hadisəsi baş verdikdə dəymiş ziyanın 75 % - i və ya 750 manatı şirkətimiz tərəfindən ödənilir. Kampaniyadan kənar vaxtlarda və digər sığorta şirkətlərində isə sığortalanan zaman həmin müştəri 20000 manat dəyəri olan avtomobilə görə 600-650 manat pul ödəməli olur və həmin sığorta müqaviləsi üzrə təxminən 200 manat azadolma məbləği tətbiq olunur.
 
Kampaniya daxilində digər 2% məbləğində tarif də mövcuddur. Bu tarif zamanı sığorta müqaviləsi üzrə heç bir azadolma məbləği tətbiq olunmur və müştəriyə dəymiş ziyan bütövlüklə şirkətimiz tərəfindən ödənilir. Bu tariflə üzrədə müştərilər il ərzində ayıq sürücü, evakuasiya, yolda təmir, xarici ölkədə təminat, şəxsi məsləhətçi xidmətlərindən və servislərdə təmir zamanı 10%-dək endirimdən yararlana bilərlər.
 
- “Alfa Sığorta” şirkəti son vaxtlar digər sığorta şirkətlərindən fərqlənməyə başlayıb. Yəni cansıxıcı maliyyə qurumundan daha müasir innovativ və bununla da cəlbedici şirkətə çevrilir. Bu nə ilə əlaqədardır və niyə məhz bu istiqamətə şirkətiniz üstünlük verir?
- Düzünü desəm, Sizin müşahidələriniz tamamilə doğrudur. Biz indiyədək sığorta şirkətlərinə xas olan stereotipləri dəyişmək istəyirik. Qəzaya düşmüş müştəri təbii ki əsəbidir və həmdə məyusdur. Bürokratik əngəllər və ya müştərinin get-gələ salınması onun məyusluğunu daha da artırır və sığorta şirkətin etibarına zərbə vurur. Biz isə müştərilərimizin hər birinin qayğısını çəkirik.
 
Gələcəkdə planlar çoxdur və həqiqətən də, biz digərlərindən daha açıq şəkildə fərqlənəcəyik. Haqqında danışdığımız “Gələcəyə inan” kampaniyası çərçivəsində şəhər küçələrində keçirilən promo aksiyasını, Azərbaycanda ilk olan 3D formatında və cizgi filmi janrında yaradılmış reklam çarxını, , az öncə şirkətin özündə aparılmış restayling işlərini və s bu kimi tədbirlərini misal gətirmək olar.
 
Qeyd etmək lazimdir ki, görülən işlərin ərsəyə gəlməsində orta yaş həddi təqribən 30 olan kollektivimizin böyük rolu olmuşdur.
 
Əməkdalşarımızın müasir düşüncəli, kreativ və innovativ insanlar olduğunu nəzərə alsaq, bu cür dəyişikləri təbii qəbul etmək lazımdır. Biz sığortaçıya olan münasibəti dəyişmək və sığorta şirkətlərinə olan bəzi inamsızlıqları aradan qaldırmaq istəyirik. İnnovativ dəyişikliklər adlandırdığınız məsələlər sırf müştərilərə yönəldilməmişdir, biz Azərbaycanın müasir, enerjili və savadlı gənclərini şirkətimizdə toplayır və birlikdə inkişaf edirik. “Alfa Sığorta” nəinki hər kəsin sığortalanmaq istədiyi bir şirkət, hətta hər kəsin çalışmaq istədiyi bir şirkət olacaqdır.
 
Bizə ayırdığınız diqqətə görə minnətdarıq.
 
Sonda oxucularımıza “Alfa Sığorta” şirkətinin hazırladığı 3D formatında olan cizgi filmini təqdim edirik.
 

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah