Rəşad Əhmədov ailə həyatı qurub
3 dekabr 2013 14:30
Azərbaycanın ən titullu taekvondoçularından biri Rəşad Əhmədov dünən subaylığın daşını atıb. Azerisport.az xəbər verir ki, bu barədə o, öz Facebook səhifəsində qeyd edib.
Qeyd edək ki, 31 yaşlı idman ustası 2 dəfə olimpiya oyunlarının iştirakçısı, Avropa və dünya çempionatlarının mükafatçısıdır.
2011-ci ildə idmançı karyerasını başa vuran Rəşad Əhmədov (80 kq), məşqçilik fəaliyyətinə başlayıb.