MOK-da bu gün ilə yekun vurulur
17 dekabr 2013 12:10
Bu gün - dekabrın 17-də saat 14:30-da Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) ilin yekunlarına həsr olunmuş tədbiri keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə AzƏOK-un nominasiyaları təqdim olunacaq.
Məlumat üçün bildirək ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Ərdoğan Arpinar, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və digər qonaqlar iştirak edəcəklər.