Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul edəcək
27 yanvar 2014 12:00
Gənclər və idman naziri Azad Rəhimov 28 yanvar 2014-cü il tarixi saat 11.00-da Sabirabad rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbul Sabirabad şəhəri Heydər Əliyev prospekti - Heydər Əliyev parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcək.
(GİN)