Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul etdi
Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib. Azerisport.az xəbər verir ki, Sabirabad rayon Yeni Azərbaycan Partiyasının İnzibati binasında baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.
20-dən artıq müraciət Olimpiya İdman Komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adlarin verilməsi və digər mövzularla bağlı olub.
Gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində 15-dən artıq müraciət daxil olub.
Digər müraciətlər isə işlə təminat və şəxsi məsələlərlə bağlı olub.
Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülmüşdür.