GİN naziri Azad Rəhimov Masallıda vətəndaşları qəbul edəcək
10 mart 2014 11:00
Gənclər və İdman naziri Azad Rəhimov 11 mart 2014-cü il tarixində Masallı rayonunda Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbul 11.00-da Masallı rayon Gənclər Mərkəzində (Masallı şəhər, Talışxanov küç 73) keçiriləcək.