İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı hesabatın təqdimatı olacaq
14 mart 2014 19:15
Martın 15-18-i tarixləri aralığında Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəylik Oyunları üzrə 1-ci Əlaqələndirmə Komissiyasının iclası və Gənclər və İdman nazirlərinin 2-ci konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İHİF-nın vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-nın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digərləri iştirak edəcəklər.
16 Mart tarixində Əlaqələndirmə Komissiyasının iclası, 17 mart tarixində isə Nazirlərin konfransı zamanı 4-cü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı növbəti hesabatın təqdimatı planlaşdırılır.
(MOK-un mətbuat xidməti)